Hansı adanın adının ispancadan tərcüməsi tısbağa deməkdir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Sakit okeanda Cənubi Amerikanın qərb sahillərində yerləşəm bu ada Qalapaqos adlanır. Ada Ekvadorun ərazisinə daxildir.

Özünəməxsus canlı aləminə malik olan ada Çarlz Darvinin marağına səbəb olmuşdur.Təkamül nəzəriyyəsini əsaslandırarkən adada apardığı müşahidələrdən istifadə etmişdir. Dünyada olan ən iri tısbağalar burada yaşayır. Adanın adı da İspan dilindən tərcümə etdikdə tısbağa deməkdir.

Qalapaqos adaları vulkanik mənşəlidir. Adaların fərqli bitki və heyvanat aləmi turistlərin bura olan marağını artırır.

0 points