Hannibal b.e.ə 247-183 illəri arasında yaşamış Karfagenli siyasətçi və sərkərdədir. İkinci Pun müharibəsində Karfagen ordusuna sərkərdəlik etmişdir. Hannibal bilirdiki birinci Pun müharibəsindən sonra Roma ilə daha bir müharibənin olacağını bilirdi və bu səbəbdən ilk zərbəni özü endirmək istəyirdi.
İlk olaraq İspaniyada Saqunt çəhərini ələ keçirdi və Pireney dağlarındakı döyüşkən tayfalara qalib gəldi.Saquntun itirilməsi Romanı çaxnaşmaya saldı. Roma iki sərkərdəsinin başçılığında hərbirinə altı legion verməklə İspaniya və Afrikanı müdafiə etməyə çalışdı. Bu səbəbdən Hannibal qardaşını İspaniyadakı ordunun başına qoyub yüzmin döyüşçü və 37 döyüş fili ilə İtaliya səfərinə başladı. Bir çox Qall tayfası ona qoşuldu. Hannibal ordusu ilə Alp dağlarını aşaraq Şimali İtaliyaya girdi. Alp dağlarını keçməsi ona baha başa gəldi. Ordusunun yarısını itirdi. Hannibal və Roma ordusu Kanna yaxınlığında qarşılaşdı və Hannibal Roma ordusuna ağır zərbə endirdi.
Lakin Hannibalın Kapuyada gözləməsi, Romaya hücuma keçməməsi, lazımi dəstəyin Karfagendən gəlməməsi, qardaşının İspaniyada ordusunun məğlubiyyəti və Karfagen aristokratiyasının ona Karfageni müdafiə etməsi üçün Afrikaya qayıtmasını tələb etməsi kimi səbəblərə görə Hannibal Afrika ərazisinə keçdi. Bu Romaya əlavə qüvvələr toplamağa imkan yaratdı və Hannibalı Afrika ərazisindəki Zama döyüşündə məğlubiyyətə uğratdı.