Tornado answered
Sahəsi 17 780 km² olan Halmahera adası İndoneziyaya məxsusdur. Ada Malay Arxipelaqında Moluk adalar qrupuna daxildir.
Ərazisi dağlıq olan adanın ən hündür yeri Hamkonora vulkanıdır. Adada Dukono və İbu fəal vulkanları da vardır.
Adada ekvatorial iqlim hakimdir. İllik yağıntının miqdarı 2000-3000 mm-ə bərabərdir.
İqtisadiyyatında əsas yeri tropik əkinçilik, qızıl, nikel, kobaltın çıxarılması tutur.