Tornado answered
ABŞ ilə Kanada sərhddində yerləşən bu şəlalə Eri və Ontario gölləri arasında , Niaqara cayının orta axarında olan Niaqara şəlaləsidir. Keçi adaları şəlaləni iki yerə ayırır Kanada tərəfə düşən hissə Nal adlanır, ABŞ tərəfi isə Amerikan və Duvaq şəlaləsi olaraq iki şəlalədən ibarətdir. Hündürlüyü 53m olan səlalənin səsi 25 km uzaqda eşidilir. Bu səbəbdən də Guruldayan su adı verilmişdir.
Şəlalənin aşağı templə axdığı ərazidə məşhur “Göy qurşağı“ körpüsü salınmışdır ki, bu körpü iki dövlət arasında avtomobil və piyadaların rahat gediş gəlişini təmin edir.