Retinadakı kiçik qan damarları bədənin bütün qan damarlarının əsasını təşkil edir və həkiminizin müayinəsində asanca görülə bilmə üstünlüyü daşıyır. Yüksək təzyiqin çox az rast gəlinən vəziyyətidir, lakin bu vəziyyət retinal arteriyalarda şiddətli sıxılma və şişmə səbəbiylə meydana gələ bilir. Göz təzyiqinin artması baş ağrısı, göz ağrısı (xüsusilə gözlərin hərəkəti zamanı), gözlərdə yorğunluğ kimi simptomlarla özünü birüzə verir. Gözlərdə diskonfort xüsusilə kompyuterdə işlədikdə və xırda şriftlə yazılan mıtn oxuduqda hiss olunur. Ən ağır hallarda gözlərin qızarması, görmənin pozulması kimi simptomlar meydana çıxır. Göz təzyiqinin kəskin və yüksək artması zamanı insanda başgicəllənmə, ürək bulanması və qusma kimi simptomlar inkişaf edə bilər.