Göz qırpmağın səbəbi nədir?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Gözlərimizi təmizləmək və göz üzərini nəmləndirmək üçün göz qırpırıq. Göz almasının çölə baxan tərəfinə gün ərzində ətrafdakı toz hissəcikləri düşür. Göz qapağı hər örtüldüyündə göz yaşı vəzilərinin ifraz etdiyi duzlu maddə gözümüzü dezinfeksiya edir. Normal insan hər 4-6 saniyədən bir gözünü qırpır. Ancaq ətrafda daha çox duman və toz olduqda daha tez-tez göz qırpmaq lazım olur.

Bundan başqa uzun müddət kompüterlə məşğul olduqdada gözlər quruyur və bununlada daha tez-tez gözlərimizi qırpmağa ehtiyac olur.

Başqa bir səbəbi isə gözü qorumaqdırki buda ətrafdakı hissəciklərin gözə düşməsinin qarşısını alır.

0 points