Tornado answered
Geomorfologiya relyefi öyrənən elmdir. Yunan dilindən tərcümə etdikdə geo -“yer“, morfo- “forma“, loqos “elm“ yəni, yerin formasını öyrənən elm deməkdir. Yer səthi hamar səth olmayıb, dağlar, düzənliklər, çökəkliklər və s.-dən ibarət olan bir səthdir.
Bu mürəkkəb relyefə malik olan səthin hər bir elementi müxtəlif qüvvələrin təsirindən (daxili -endogen və xarici- ekzogen) yarandığına görə bu elm həmin qüvvələrin relyefəmələgəlməsinə təsirini və yaranan relyef formalarını öyrənir.
