Müxtəlif dövrlərdə insanlar Yeri müxtəlif həndəsi fiqurlara bənzətmişlər. İlk dəfə eramızdan əvvəl Pifaqor Yeri kürəyə bənzətmişdi. ondan 200 il sonra Aristotel bu fikrin elmi izahını vermişdir. O, Ay tutulması zamanı Yerin dairəvi kölgəsinə əsasən bu fikrə gəlmişdir. Yerin elleps formasında olması fikri Nyutona məxsus olmuşdur. Nyuton bu fikrə mərkəzə qaçma və mərkəzdən qaçma qüvvələrinin təsir etməsinə görə gəlmişdir.
Sonralar aparılmış olan tədqiqatlara əsasən belə nəticəyə gəldilər ki, Yer tam olaraq heç bir həndəsi fiqura bənzəməyib özünə məxsus olan bir şəkildədir. Bu formanı geoid (yerəməxsus) adlandırdılar. Yerin geoid səthini müəyyən edərkən onun fiziki səthini nəzərə almırlar, yəni Yerin dəniz səviyyəsi boyunca olan səthi götrülür və bunu səviyyə səthi adlandırırlar. Səvijjə səthinin əmələ gətirdiyi cism geoid adlanır. Geoidin xarakterik cəhəti ağırlıq qüvvəsi istiqamətinin onun səthinin hər nöktəsinə perpendikulyar olmasıdır. Bu baxımdan da Yerin səviyyə səthi onun nəzəri səviyyə səthi qəbul olunur ki, bu da heç bir riyazi fiqura oxşar olmadığından onu heç bir riyazi düsturla ifadə etmirlər.
Geodeziya və kartoqrafiya işlərində Yerin nəzəri səthini ya kürə ya da fırlanma ellipsoidinin səthi kimi qəbul edərək (burada 150m fərq alınır) riyazi hesablamalar aparırlar.