Finikiya harada yerləşirdi?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Adı yunan dilindən tərcümədə "al- qırmızılar ölkəsi" mənasını verən bu dövlət  mərkəzi hissəsi Livan olmaqla Aralıq dənizi boyunca uzanırdı. Ucqar şimalında Oront çayının mənsəbi, cənubunda isə Karmel dağı idi. Onun sərhədlərinin hara qədər olması haqqında müxtəlif fikirlər mövcuddur. Hətta bəziləri (məsələn Strabon) sahil zolağının tam Finikiyaya məxsus olduğunu deyirdilər. 

Finikiyanın əhalisi yüksək sivlizasiyaya, inkişaf etmiş sənətkarlıq, dəniz ticarəti, zəngin mədəniyyətə malik idilər. Finikiya sivlizasiyasının çiçəklənmə dövrü eramızdan əvvəl1200-800-cü illərə təsadüf edirdi. Finikiya şəhər dövlətlərin birləşməsindən ibarət federasiyanı təşkil edirdi. Bu səhərlər Tir, Sidon, Palmira və s. 

Finikiyalılır ciddi, praktik, tədbirli, zirək və inadkar bir xalq idi. Təbiət qüvvələrinə sitayiş edirdilər. Özlərinə məxsus yazı sistemləri var ydi. Qızıl, gümüş və digər qiymətli metallardan, rəngli şüşələrdən, fil sümüyündən insanı heyran edən əsərlər yaradırdılar.

0 points