Fillərin dişləri nə işə yarayır?
Fillərin cəmi 6 dişi olur və bunlarda 4-ü diş funksiyasını yerinə yetirir. Təkcə azı dişi alt və üst çənədə hər iki tərəfdə bir dənə olaraq düzülüb. Bunlar üyüdücü dişlərdir. Hər bir diş minadan ibarət qabarıqlardan yaranmışdır, buda sanki bir-birinə birləşmiş bir neçə diş kimi görsənir. Fil yemək yiyərkən çənəsini önə və arxaya oynadaraq yeməyi üyüdür.
Fillərin azı dişləri davamlı böyüyür və köhnəlir. Normalda məməlilərdə yeni diş çıxarkən üstdəki diş düşür və yenisi onun yerinə gəlir. Ancaq fillərdə yeni diş geridən çıxaraq irəli gəlir.
Bir fil ömrü boyunca hər dişini 6 dəfə dəyişə bilir. Bütün dişlərini dəyişdikdən sonra yerinə yenidən diş gəlmir və fil acından ölür.
Fildəki beşinci və altıncı dişlər isə üst çənədə olan kəsici dişlərdir. Bu dişlərin funksiyası isə özünü müdafiə vəya haranısa qazmaqdır.