Murguz Safarov answered
Bütün anadangəlmə ürək xəstəliklərinin 5-7%-də rast gəlinir. Bu xəstəliyin ən əsas şikayətləri göyərmədir və xəstələrin çox hissəsində körpə doğuıduqda xüsusilə qidalanma və ağlama vaxtı hiss olunur.
Sağ mədəcikdən ağciyərə qədər çatdırılmalı olan çirkli qan, pulmoner venada darlıq nəticəsində mədəciklər arası dəlikdən keçərək oksigenli təmiz qana qarışması səbəbiylə uşaqda göyərmə (sianoz) inkişaf edir. Bəzən isə uşaq doğulduqdan bir müddət sonra sianoz inkişaf edir. Ağciyərin stenozu səbəbliylə, çirkli qan, pulmoner arteriya yerinə mədəciklər arasında olan dəlikdən keçir və ordan bütün bədənə yayılır.