Facialis pares nə deməkdir?

Tibb Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Murguz Safarov answered

Facialis pares ( Üz iflici ). Üz əzələləri beyindən 7 sinir tərəfindən idarə edilir. Bu sinir funksiyalarını icra edə bilməzsə üz əzələlərində iflic görülür. Üz iflici ağızın bir kənarının sallanması vəya göz qapaqlarının bağlanmaması kimi vəziyyətlərdə özünü birüzə verir. Bunun səbəbi sinirlərin  iltihablanması kimi keçici sadə səbəblər ola bilər və ya daha təhlükəli ola bilən beyin mərkəzindəki bir travma ola bilər. Üz, dil və ağız əzələlərini istiqamətləndirən nervus facialisdəki problemlər iflicə səbəb olur. Üz iflici hər yaşda görülə bilər.

Xəstəliyin meydana gəlməsinin en böyük səbəbi viruslardır, lakin 1/3-inin səbəbi bilinmir. Beyin şişi, qəza nəticəsində başda zədələnmə, zona xəstəliyi və borrelioz xəstəliyi ( borrelioz virusu daşıyan gənələrin dişləməsi ilə insana keçən xəstəlik ) üz iflicinə səbəb ola bilər. Bundan başqa diyabet ( şəkər xəstəliyi ), yüksək təzyiq və beyin qanaması da üz iflicinə səbəb ola bilər. Üz iflici 2-3 gün əvvəl qulaq arxasındakı bir ağrı ilə özünü göstərir.

0 points