Eynəli dağı hansı ölkədədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Eynəli dağı İran İslam Respublikasının Şərqi Azərbaycan ostanında yerləşir. Dağın ətəyində Cənubi Azərbaycanın paytaxtı olan Təbriz şəhəri yerləşir.

Eynəli dağı bir neçə pikdən ibarətdir: Eynəli (1800 m), Xəlili (1850 m), Bəhlul (1985 m) və Dand (2378 m). Dağın torpaqları qırmızı rəngdədir.

Deyilənlərə görə bu dağda Həzrət Əlinin övladlarından olan Ovn İbn Əli dəfn olunub. Təbriz əhalisi həftənin cümə günləri bu dağa çıxıb onu ziyarət edirlər.

0 points