Çay dərəsi mənsəbdə töküldüyü hövzəyə doğru genişlənmiş və əks istiqamətdə daralmış olan qıfaoxşar mənsəb forması yaradırsa buna estuari deyirlər. Estuarinin yaranmasına çay gətirdiyi asılı maddələrin mənsəbdə toplaya bilməməsi səbəb olur. Bu aşağıdakı amillərdən asılıdır: Çayda meyllik çox olan zaman, bu zaman axın sürəti böyük olduğundan çay gətirdiyi asılı maddələri birbaşa töküldüyü hövzənin içərilərinə daşıyır və bu estuarinin yaranmasına səbəb olur.
Çayın mənsəbində qabarma olduqda, bu hətta meyllik çox az olduqdada (düzənlik çaylarında) ola bilir. Çayın mənsəbindən güclü okean cərəyanları keçdikdə ola bilər.
Dünyanın ən böyük estuariyə malik olan çayı Ob çayıdır. Amazon, Yenisey, Müqəddəs Lavrenti, Parana, Konqo və s. çaylar da estuari yarada bilirlər.