Tornado answered
Dünyanın ən böyük yarımadası Ərəbistan yarımadasıdır. Ərəbistan yarımadası şərqdən İran və Oman körfəzləri, cənubundan Ərəbistan dənizi və Ədən körfəzi, qərbdən isə Qırmızı dənizlə əhatələnib.
Zəngin neft qaz ehtiyatlarına malik olan yarımada dünyada əsasən neft qaz hasilatı ilə məşhurdur. Həddindən çox quraq iqlimi səhraların yaranmasına səbəb olub. Yarımadada daimi axan çaylar demək olar ki, yoxdur. Ən məhsuldar torpaqlar yarımadanın cənub qərbində Yəmən ərazisinə düşür.