Ərazisinin 90%-dən çoxu dağlıq olan ölkəni sadə relyefə malik olan ölkə kimi qəbul etmək olarmı?
Relyef müxtəlif əlamətlərə görə təsnif edilir. Bunlardan böyüklüyünə görə, formasına görə və sairəni göstərmək olar. Formasına görə relyef mənfi-müsbət, açıq-qapalı, sadə-mürəkkəb ola bilər. Relyefin bu formalarının əmələ gəlməsində həm endogen həm də ekzogen qüvvələr iştirak edir.
Sadə və mürəkkəb relyef formaları da bu iki qüvvənin təsiri nəticəsində yaranır. Ancaq mürəkkəb relyef daha cox daxili qüvvələrin təsirindən yarandığına görə, daha geniş ərazini əhatə edir, sadə relyef isə demək olar ki, əsasən xarici qüvvələrin təsirindən yarandığına görə kiçik əraziləri əhatə edir. Ona görə də deyə bilərik ki, əgər ölkənin ərazisinin 90%-i dağlıqdırsa bu ərazi sadə relyefə malik ola bilməz.
Biraz fərqli sualdır, Sualda fiziki coğrafiyanın predmeti olan sadə relyefi, iqtisadi çoğrafiyanın predmeti olan ölkəyə aid olub olmamasını müqayisə edirik. Tutaq ki, Vatikan götürsək, Romanın bir neçə küçəsidir, tam olaraq infrastrukturun altında qalıb torpaq, heç bir ekzogen vəya endogen relyef görsənmir. Vatikanı belə sadə relyefə aid saymaq olmaz - çünki görünən heç bir relyef yoxdur.
Geomorfologiya elminə baxsaq, sadə relyef bir təbii prosesin nəticəsində yaranan relyef formasına deyilir. Əsasən abraziya, eroziya, buzlaq fəaliyyəti kimi proseslər tərəfindən yaranan relyeflər aid olunur. Yəni dağlar özlüyündə minimum 2 dənə proses nəticəsində yaranır - həm daxili (tektonik, vulkanik), həmçinin xarici qüvvələr, ona görə 1 dənə dağ belə götürsək sadə relyef deyil.
Qaldı ki suala, 90% hissəsinə. hətta ölkənin ərazisi 99% dyun (eol relyef forması) olsa belə, ölkəni sadə relyefli ölkə adlandırmaq olmaz. Burda faiz göstəricisi yoxdur ki, neçə faizi keçəndən sonra sadədir demək olsun.