Episentr nədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Episentr zəlzələnin yer səthindəki mərkəzi olub hiposentrin yer səthinə şaquli proeksiyasına deyilir.

Episentr ətrafında zəlzələ maksimal qüvvəyə çatır. Episentrdən uzaqlaşdıqca zəlzələnin gücü tədricən azalır. Zəlzələ zamanı ən güclü dağıntı Episentr ətrafında baş verir. Çünki, səthə ötürülən uzununa  və eninə dalğaların ən güclü təsiti burada hiss olunur. Uzununa dalğalar çox böyük sürətlə (saniyədə 7km- dən çox) səthə doğru hərəkət etdiyindən zəif zəlzələdə belə ən güclü dağıntı episentrdə olur.

0 points