Tornado answered
Dəniz səviyyəsindən 3810 m yüksəklikdə yerləşəş Titikaka gölü dünyanın ən yüksəkdə yerləşən ən böyük dağ gölü sayılır. Göl Cənubi Amerikada And dağlarında yerləşən Altiplano platosundadır. Tektonik çuxurda yerləşən gölün sahəsi 8300 km² , orta dərinliyi 140-180 m-dir.
Titikaka gölü Peru ilə Boliviya arasında yerləşir. Gölün özünəməxsus xüsusiyyətlərindən biri orada üzən adaların olmasıdır. Bu adaları uros tayfaları inklərdən qorunmaq üçün düzəltmişdilər. Totora adlı qamış növündən düzəldilən bu adacıqlar Titikaka gölündə turistləri cəlb edən əsas amilə çevrilib.