Şimal yarımkürəsində ən uzun gündüz nə vaxt olur?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Öz başlanğıcını Almaniyanın Şvarsvald dağlarından görürən bu çay Qara dənizə tökülür. Cay uzunluğuna (2960 km) görə Avropada 2-ci yeri tutur. 10 ölkənin ərazisindən keçdiyinə görə onu “İnternasional çay“ adlandırırlar. Keçdiyi ölkələr Almaniya, Avstriya, Slovakiya, Macarıstan, Xorvatiya, Serbiya, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldovadır.

Dunay çayı gəmiçilik üçün yararalıdır. 3-hissəyə ayrılır: Yuxarı Dunay Genu yaşayış məntəqəsinə qədər, Orta Dunay Turnu-Severin şəhərinə qədər və Aşağı Dunay mənsəbə qədər. Çay həm də Vyana, Budapeşt, Belqrad, Bratislava, İzmayıl, Ulm kimi şəhərlərdən keçir.

0 points
Tamella answered

Dunay çayı Avropada yerləşir. Bu çayı uzunluğunun 2960 km olmasına baxmayaraq 10 ölkənin ərazisindən keçir və bu ölkələrin təsərrüfatında əhəmiyyətli yer tutur. Almaniya, Avstriya, Slovakiya, Macarıstan, Xorvatiya, Serbiya, Bolqarıstan, Ruminiya, Ukrayna, Moldova Dunay çayının keçdiyi ölkələrdir. Çayın sutoplayıcı sahəsi isə daha çox ölkəni əhatə edir. Bu ölkələrə aşağıdakılar daxildir: Bosniya Herseqovina, Çexiya, Sloveniya, Çernoqoriya, İsveçrə, İtaliya, Polşa, Makedoniya, Albaniya. 

Nil dünyanın ən uzun çayı olmasına baxmayaraq onun əsas hissəsi 4 ölkənin ərazisindən keçir: Uqanda, Cənubi Sudan, Sudan, Misir. Çayın hövzəsi isə 11 ölkədən su toplayır. Bu ölkələr aşağıdakılardır: Misir, Sudan, Cənubi Sudan, Efiopiya, Uqanda, Konqo Demokratik Respublikası, Keniya, Tanzaniya, Ruanda, Burundi, Eritreya. 

0 points