Ən çox bitki növü olan ölkə hansıdır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Dünyada ən çox bitki növünün olduğu ölkə Braziliyadır. Braziliyada 56000 növə yaxın bitki vardır.

Braziliyada meşələrdə əsasən bənövşənin yüzlərcə növləri vardır. Düyada olan 7000 növ quşun 1.200 dən çoxu Braziliyada vardır. Amazon çayında 2.500 növ balıq vardır.

Amazon bölgəsində 50.000 -dən çox bitki növü vardır. Ən görkəmli ağaclardan biri “Viktoriya Regiya” da ilk dəfə 1801-ci ildə Braziliyada tapılıb və buradanda dünyanın bir çox botanika bağlarına yayılmışdır.

Braziliyada sahəsi cəmi 52,6 milyon hektar olan 363 təbii ərazi, ümumi sahəsi 14,2 milyon hektar olan 105 milli park mövcuddur. Ən böyük milli parklar Jau, Piku-da-Nebilanadır. Mərkəzi Amazoniyanın rezervatlar kompleksi, Pantanal ovalığı, İquasu Şapada-dus-Veadeyrus və Emas, Serra-da-Kapivara ümumdünya irsi siyahısındadır.

0 points