Əbu Məhəmməd İbn Məhəmməd İbn Abdullah əl idrisi 1100-cü ildə Əndəlusun Səbtə şəhərində doğulmuşdur. İlk təhsilini Qurtuba şəhərində almış, daha sonra elmini inkişaf etdirmək üçün İdrisi Anadoluda, Şimali Afrikada, İspaniyada, Fransada, İngiltərədə olmuşdur. İdrisinin elmi işləri, təbiət elmləri və fəlsəfə ilə maraqlanan Norman Kralı II Rogerin diqqətini çəkmiş və onu Siciliyanın paytaxtı Palermoya dəvət etmişdir. Kral ona dünya xəritəsini işləməyi tapşırmışdır.
1138-ci ildən 1161-ci ilə qədər siciliyada yaşayan idrisi 3 əhəmillətli əsər yaratmışdır. 1-ci "Nüzhetü'l-Müştaq fi İhtiraqi'l-Afaq" əsəri bir coğrafiya kitabı və xəritələr toplusundan ibarət idi. Əsər ilk dəfə 1572-ci ildə Romada nəşr edilmişdir. Əsərin əlyazma nüxsələri Paris, İstambul, Peterburq və Qahirədə saxlanılır. 2-ci əsəri "Ünsü'l-Mühəc və Ravzü'l-Fərəc" i-ci əsərin əlavəli xülasəsi olub, burada ekvatordan cənubda səkkizinci iqlim haqqında danışılır. 3-cü əsəri "Əl Camil'li-Şifati Eştatni nəbat və Durubi Envaci'l-Müfredat Mine'l-Eşcar Ve's- Simar Vəl-xasais" botanika, zoologiya və dərman bitkiləri haqqındadır.Əsərdə hər bitkinin 12,dərmanların isə 6 dildə adını vermişdir.
İdrisinin xəritəsindən dörd əsir həm Şərqdə həm də Qərbdə istifadə edilmişdir. Onun tərtib etmiş olduğu naviqasiya xəritələrindən ərəb dənizçiləri ilə birlikdə avropalılar da istifadə etmişdilər. O, Ptolomeyin xəritəsində göstərilən ərazilərdən daha çox ərazi təsvir etmişdir.