Tornado answered
Buzlağın dağıdıcı fəaliyyəti ekzarasiya adlanır. Dağ buzlaqları olduğu ərazilərdə uzun illər qaldığından ağırlıq qüvvəsinin təsiri ilə sürüşərək qarşısında olan süxurları dağıdıb, hamarlayıb onlara xüsusi forma verirlər. Bunun nəticəsində yaranan dərələr troq (təknəvari ) dərələri adlanır.
Təknəvari formaya malik olan bu dərələrin yamacları dik dibi hamar olur. Troq dərələrinin dibində buzlaq dilinin qurtardığı yerdə buzlaq materialları toplanaraq moren təpə və tirələri yarada bilirlər.