Durmitor Milli Parkı harada yerləşir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Durmitor Milli Parkı Çernoqoriya ərazisindəki Durmitor dağının adı ilə adlandırılmışdır.

Parkın içində Avropanın ən böyük və dünyanın ikinci böyük kanyonu olan Tara kanyonu yerləşir.

Durmitor dağında on səkkiz buzlaq gölü vardır. Avropanın ən yaşlı qara şamı da park ərəzisindədir. UNESKO-nun Dünya irsinə daxil edilmişdir.

Durmitor dağ massivində dağ turizminin inkişafı üçün əlverişli şərait vardır. Turistik infrastruktur Jablyak şəhəri ətrafında mərkəzləşmişdir. Qış aylarında xizək və snovboard yayda isə alpinizm və piyada yürüşləri sevənlər üçün maraqlı olur. Buranın ən görməli yerləri 18 buzlaq gölüdür ki, bulardan ən tanınmışı Çrno-Ezero (Qara göldür).

0 points