Dünyəvi dinlər hansılardır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Daha çox insanların sitayiş etdiyi və daha geniş ərazidə yayılan dinlər dünyəvi dinlər sayılır. Bu baxımdan üç belə din mövcuddur: xristian, islam, buddizm.

Dindarlarının sayına və yayıldığı ərazinin genişliyinə görə birinci yeri xristian dini tutur. Bu din əsasən Avropa, Amerika, Avstraliya və digər regionlarda yayılıb. İkinci yerdə islam dininə sitayiş edənlər durur ki, bu dinə sitayiş edənlər də əsasən Cənub Qərbi, Mərkəzi və qismən də Cənubi və Cənub Şərqi Asiyada, Şimali Afrikada və Avropanın bəzi yerlərində yayılmışdır. Üçüncü yerdə Buddizm durur. Bu din əsasən Şərqi, Cənubi və Cənub Şərqi Asiyada yayılmışdır.

0 points