Dünyanın ən uzun dağ silsiləsi hansıdır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Yeddi ölkənin ərazisindən keçən bu dağ silsiləsi Cənubi Amerikanın şimal və qərb sahili boyu uzanan And dağlarıdır. 60 milyon ilə yaxın yaşı olan bu dağ əsasən Kaynazoy erasında formalaşmışdır. Təxminən 9000km-ə qədər uzanan bu dağ sistemi Venesuela, Kolumbiya, Ekvador, Peru, Boliviya, Çili, Argentina kimi 7 dövlətin ərazisində yerləşir.

And dağlarının ən hündür zirvəsi Argentina Çili sərhəddində yerləşən Akonkaqua (6962m) zirvəsidir. Çoxlu sayda fəal və sönmüş vulkanları var. Bunlara Çimboraso, Uila, Sanqay, Lyulyaylyako , Kotopaxi, Misti vulkanlarını misal göstərmək olar.

0 points
KERIM NURUYEV answered

salam qafqaz daqlari

0 points