Tornado answered
Dünyan ən uzun avtomobil yolu Amerika qitəsini başdan başa keçən Pan-Amerika sose yoludur. Yolun ümumi uzunluğu 30 000km-ə bərabərdir. Əgər Darien əyalətindən keçən 87km-lik yol (bu hissənin tikintisi başa catmayıb, buna səbəb ərazinin meşə və cəngəlliklə örtülməsi, qorunan ərazi olması, narkotika ticarəti və s.olmuşdur) bütöv Amerikanı birləşdirir.
Bu ideya 1923-cü ildə keçirilən ABŞ-ın beşinci Beynəlxalq Konfransında irəli sürülmüşdür. Pan-Amerika şose yolları konfransı 5 oktyabr 1925-ci ildə Buenos-Ayres şəhərində keçirilmişdir. Latın Amerikası ölkələri arasında yolun ilk hissəsini 1950-ci ildə Meksika tamamlamışdır. Yol Alyaskanın Bratho Bay neftçi qəsəbəsindən başlayaraq Cənubi Amerikanın cənubunda qurtarır.