Dünyanın ən səssiz yeri haradadır?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Dünyanın ən səssiz yeri təbii olaraq yaranmış bir yer deyil, laboratoriyada yaradılmış bir otaqdır. Bu otaq Amerikada Minneapolisdə yerləşən Orfield laboratoriyasındadır.

Otaq qalın şüşə lifdən, ikiqat polad divardan, 30 sm qalınlığında beton divardan təşkil olunub. Bu səbəbdəndə -9 desibell səssizlik mümkün olmuşdur. 0 desibell insanın eşidə biləcəyi ən aşağı səs tonudur.

Bu otağa girən insanlar bir müddət sonra öz bədənlərinin çıxardığı səsləri eşidirlər. Ürək döyüntüsü, mədədən gələn səslər, hətta damarlarda axan qanın səsini belə eşitmək mümkün olur.

0 points