Tornado answered
Dünyanın ən quru səhrası Cənubi Amerikanın qərb sahillərində yerləşən Atakama səhrasıdır. And dağlarının qərb ətəkləri ilə okean arasında ensiz zolaq şəklində uzanır. Bu səhra Çili ərazisində yerləşir.
Səhranın yaranması soyuq Peru cərəyanının təsiri ilə baş verir. Səhranın elə yerləri var ki, oraya 10 ildə bir dəfə yağıntı düşür. Orta illik yağıntı 1mm-dən çox olmur. Atakama səhrasında Çili şorası adlanan natrium nitratın (NNO3) zəngin yataqları mövcuddur ki, bu da kənd təsərrüfatında əvəz olunma azot kübrəsi sayılır.