Dünyanın ən duzlu suyu haradadır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Dünyanın ən duzlu suyu Ölü dəniz olaraq bilinsədə bu bilgi doğru deyil. Ən duzlu su Antarktikanın şimal-şərqində yerləşən Don-Juan gölüdür. Bu göl Rayt vadisində yerləşir.

Dərinliyi 15 santimetrdir. Sudakı duz miqdarının çox olması -50 dərəcə havada belə donmasının qarşısını alır. Suda 40% duz miqdarı vardırki, buda Ölü dənizdən 2 qat daha artıq deməkdir.

1961-ci ildə helikopter pilotları Don Ro (Don Roe) və Con Hiki (John Hickey) tərəfindən aşkarlanmışdır.

Halhazırda səbəbi bilinmədən göldəki su səviyyəsi yarıya düşmüşdür və içərisində olan canlılar (bakteriyalar, maya göbələkləri) tamamilə məhv olmuşdur. Ancaq hələdə göldə nitrat oksid vardır. Normal olaraq bu kimyəvi birləşmənin təbiətdə yarana bilməsi canlılar tərəfindən həyata keçirilir. Ancaq bu göldə bu reaksiya bazalt qayalarında gedir.

0 points