Tornado answered
Afrika dəvə quşu (Struthio camelus) bilinən dünyanın ən böyük quş növüdür. 274 sm boyu və 160 kiloqram ağırlığındadırlar. Afrikada yarımsəhra və bozqırarında yaşayırlar. Qazıntılar zamanı Ukraynada, İranda, Monqolustanda və Çində izlərinə rast gəlinib. Uça bilmir ancaq qaçış sürəti çox yüksəkdir. Qanad sümükləri qısalmışdır, körpücük sümükləri isə reduksiya edilmişdir və əsasda döş sümüyündə til yoxdur. Arxa ətraflarında iki barmaq vardır.
Dənizdə yaşayan ən böyük quş isə İmperator pinqvini ( Aptenodytes fosteri)-dir. Boyu 115 sm və 30 kiloqram ağırlıqları olur.
Qanad böyüklüyünə görə isə ən böyük quş növü albatroslardır (Diomedea exulans). Qanadının açıq şəkildəki uzunluğu 363 sm-dir. Tam məlum olmasada 422 sm-lik növləridə vardır.