Xəzər dünyanın ən böyük gölüdür. Gölün sahəsi 371 min kvadrat kilometrdir. Gölün ən dərin yerinin dərinliyi 1025 m-dir. Xəzər dənizi mineral ehtiyatlarla zəngindir. Xəzər sahilində yerləşən bütün dövlətlər (Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan, İran) dənizdən neft qaz hasil edirlər və bu onların təsərrüfatında. Xüsusilə də Azərbaycan və Türkmənistanın, mühüm yer tutur. Bundan başqa dəniz sahillərində duz istehsalı da əhəmiyyət kəsb edir.
Xəzər dənizinin nəqliyyat əhəmiyyəti də böyükdür, belə ki, xəzərsahili ölkələrin (Qazaxıstan, Türkmənistan, Azərbaycan) dünya ökeanına birbaşa çıxışı olmadığından ancaq xəzər vasitəsi ilə çıxış əldə edə bilirlər.
Xəzər sahillərinin rekreasiya əhəmiyyəti də böyükdür. Xüsusilə Azərbaycan, İran və Rusiyanın Dağıstan respublikası ərazisində daha yaxşı inkişaf edib. Xəzər dənizi bioloji ehtiyatlarla da zəngin olduğuna görə balıq ovu ənənəvi təsərrüfat sahəsi sayılır.