Dünyanın ən bahalı şəhəri hansıdır?
2017ci ilə olan ən son statistikaya görə dünyanın ən bahalı şəhəri Bermuda adasında yerləşən Hamilton şəhəridir. Orada 4 nəfərlik ailənin 1 aylıq xərci - 5887 dollardır. Əgər şəhərdə eviniz yoxdursa, kirayə qiymətləri ilə birlikdə xərclərinizi ödəməyə ayda 9665 dollar lazımdır. İlk beş ən bahalı şəhərlər aşağıdakı kimidir ( qiymətlərdə şəhərdə öz evinizin olduğu fərz olunur, yəni kirayə haqqları nəzərə alınmir)
1. Hamilton, Bermuda - ailənin aylıq xərci 5887 dollardır.
2. Surix, İsveçrə - ailənin aylıq xərci 5865 dollardır.
3. Suq, İsveçrə - ailənin aylıq xərci 5597 dollardır.
4. Bazel, İsveçrə - ailənin aylıq xərci 5565 dollardır.
5. Cenevrə, İsveçrə - ailənin aylıq xərci 5452 dollardır.
Bunlardan əlavə dünyada ən bahalı evlər olan şəhər Hong Kong şəhəridir, orada evlərin 1 kvadrat metri - ortalama 27000 abş dollarından çoxdur. Ən bahalı maşın qiymətləri Sinqapurdadır. Bakıda 13600 dollara olan Volksvagen Golf Sinqapurda 88500 dollardır.
Bundan əlavə bəzən kütləvi mediada səhvən Tokyo şəhəri ən bahalı şəhər kimi qeyd edilir, amma Tokio Hamilton şəhərindən 2 dəfə az xərc tələb edir. Hamiltonda yaşamağa kirayə ilə birlikdə 9665 dollar lazım olduğu halda, Tokyoya ortalama 4800 dollar kifayət edir.