Dünyadakı ən quraq yer haradır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Ortalama quraq sayılan ərazilər ildə 254 mm-dən az yağıntı düşən yerlərdir. Səhralarda isə ildə 25 mm yağıntı düşür. Antarktidaya düşən yağışda demək olarkı səhralarla eynidir. Ama qitənin Quru vadilər Mak-Merdo (Dry Valleys) olaraq bilinən hissəsi dünyanən ən quraq yeridir. Bu yerin 2%ni təşkil edən hissəsində buz və qar yoxdur və burayada heç yağıntı düşmür. Buranın bu qədər quraq olmasının səbəbi katabatik küləklə əlaqədardır. Bu külək soyuq və sıx havanın cazibə qüvvəsi ilə aşağı çəkilməsi ilə yaranır. Saatda 320 km sürətlə əsən külək bütün nəmi (su, buz və qar) buxarlaşdırır.

Dünyada ikinci ən quraq yer isə Çilidəki Atakama səhrasıdır. Buradakı bəzi bölgələrə 400 ildir heç yağıntı düşməyib.

Antarktidaya dunyanın ən quraq yeri olması ilə bərabər dünyanın ən çox su olan hissəsi və ən çox külək olan bölgəsidə ola bilər. Yer səthindəki şirin suyun 70%-i burada buz şəklindədir və küləyin ən sürətli əsdiyi yer buradır.

0 points