Dünyadakı ən qorxunc qatil böcəklər hansılardır?
Bu böcəklər sanki qatil olaraq yaranmışlar. İnsanlar dişlədikdə ağrı verici və hətta öldürücü təsirləri olur. Ovlarına zəhər vuraraq onları hərəkətsiz hala salır və beləliklə rahatlıqla qidalana bilirlər.
(Arilus Cristatus) - 5 sm uzuluğunda bu böcək Şimal Amerikada torpaqda yaşayan ən böyük böcəkdir. Ovunun gövdəsinə zəhərli maddəni vurur. Belə olduqda ov hərəkətsiz qalır və daxili orqanları əriyir. Böcəyin dişləyi çox ağrılıdır və yaranın sağalması aylar çəkir. Yaranın izi qalır.
(Apiomerus crassipes) - Kiçik ama bir o qədərdə təhlükəli böcəkdir. Ayaqlarındakı tükcülər ovunu asanlıqla tutmasına kömək edir. Bunlar əsasən arı ilə qidalanır. Zəhərli böcəkdir.
(Sinea Diadema ) - Rəngi qəhvəyidir. Qabaq ayaqları və bədəni tikanlarla örtülüdür. Yemək tapmadıqda öz balalarını yeyir. Bu böcək dişlədikdə qızartı, şişkinlik, yanma və qaşıntı olur.
(Platymeris biguttata) - Bu böcək kobradan 10 qat daha zəhərlidir. Afrikada yaşayır. Zəhəri ilə özündən dəfələrlə böyük canlılarıda ovlaya bilir. Öldürücü zəhəri vardır.
(Melanolestes picipes) - Bu böcək əsasən gəmiricilərin və insanların qanını soraraq qidalanır. Əsasən dodaq və gözlərə hücum edir.
(Reduvius Personatus) - Böcəklərlə qidalanır. İnsanı dişlədikdə ağrısı çox olur, demək olarki ilan sancması ilə eynidir.