Dünyada sahibi olmayan torpaq varmı?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

1-ci bölgə 1929-cu ildə Richard E.Byrd tərəfindən kəşf edilmiş Marie Byrddır. Marie Byrd cənub qütbündən başlayaraq Antarktika sərhəddinə qədər uzanır. Ərazi 1.610.000 kv.km-dir. Bu torpaq bütün ölkələrdən uzaq və yaşamaq üçün olduqca əlverişsizdir. Çox gümanki bu səbəbdəndə heç bir ölkə bu torpağ üçün haqq iddia etmir. Bölgə sadəcə elmi araşdırmalar üçün açıqdır.

2-ci bölgə Afrikada yerləşir. Misir və Sudan arasında qalan bölgəni 1899-cu ilə qədər əlində saxlayan İlgilislər xəritə üzərində xətt çəkərək 2 ölkə arasında sərhəddi müəyyən etmişdir. Bölgə ümumi olaraq 2 hissəyə ayrılır. Tuail və Halaib. Halaib əkinçilik üçün əlverişlidir. Qirmizi dəniz sahilində olan məhsuldar torpaq olduğundan Misir və Sudan bu bölgəyə görə konfliktədir. Ancaq digər bölgə Tuail tamamilə çöldür. Ölkələrin ikisidə bu ərazini qəbul etmirlər.

3-cü bölgə Spartly adalarıdır. Sakit okenın şərqində yerləşən və heç kimin məskunlaşmadığı bu torpaqlar 750 kiçik  adadan ibarətdir. Gələcəkdə bu ərazilərdə neft, qaz tapılma ehtimalı və budan əlavə balıqçılıq üçün əlverişli olması bu bölgə üçün Çin, Malaziya, Tayvan, Bruney və Veytnam arasında rəqabət vardır. Bruney xaric olmaqla qalan ölkələrin burada hərbi hissələri mövcuddur.

0 points