Dünyada olan dil ailələri hansılardır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Yagublu answered

Dünyada olan dil ailələrinin sinifləndirilməsi və sayı hər vaxt dəyişir. Həmçinin, ayrı-ayrı alimlər bu haqda fərqli fikirlər səsləndirirlər.  Qottoloq məlumat bazası ümumiyyətlə 425 dənə səsli dil ailəsi haqqında məlumat verir. Oxşar tədqiqatlar aparan "Etnoloq" jurnalının 2017-ci il nəşri 7099 dilin olduğunu və 237 dil ailəsinin olduğunu qeyd edir.  Dil ailələrinin böyüklüyünə (yəni tərkibində olan dillərin sayına) görə ilk 15 dil ailəsi aşağıdakılardır:

1. Niger-Konqo (1544 dil)

2. Avstroneziya (1276 dil)

3. Hind-Avropa (585 dil)

4. Çin-Tibet ( 472 dil)

5. Atlantik-Konqo (432 dil)

Digərlər: 6. Afro-Asiyatik vəya Hami-Sami (372 dil) - 7. Trans Yeniqvineya (315 dil) - 8. Pama-Nyugan (240 dil)  - 9. Oto-Mange (178 dil) - 10. Avstroasiya (169 dil) - 11. Tay-kaday (95 dil) - 12. Dravid (81 dil) - 13. Aravakan (76 dil) - 14. Mande (74 dil) - 15. Tupi (71 dil) və sairə.

Həmin dil ailələrində danışan insanların sayına görə isə ilk onluq belədir.

1. Hind-Avropa dil ailəsi ( 2 milyard 910 milyon)

2. Çin-Tibet dil ailəsi (1 milyard 268 milyon)

3. Niger-Konqo dil ailəsi (437 milyon)

4. Avstroneziya dil ailəsi (386 milyon)

5. Hami-Sami dil ailəsi (380 milyon)

Sonrakılar 6. Dravid (229 milyon) - 7. Türk (170 milyon) - 8.Yapon (129 milyon) - 9. Avstro-Asiyatik (103 milyon) - 10. Tay-Kaday (81 milyon) və sairə.

Həmçinin bizim dilimiz əvvəllər Altay dil ailəsinə aid olsada son illər Altay dil ailəsi nəzəriyyəsi təsdiqini tapmayıb və Türk dilləri ayrı dil ailəsi hesab olunur.

0 points