Tornado answered
Braziliyanın Tokantins ştatında Araquaya çayının dərəsində yerləşən sahəsi 19 162 km² olan Bananal adası dünyanın çay yatağında yerləşən ən böyük çay adası hesab olunur (Marajo adası Atlantik okeani suları ilə yuyulduğuna görə çay adası sayılmır).
Bananal adasının şimal hissəsində Araquaya milli parkı yaradılmışdır. Cənub hissəsi hindu ərazisi olaraq qəbul edilmişdir. Adada Karaja hindularının qəbilələri yaşayır. Sahillə əlaqə ancaq su nəqliyyatı vasitəsi ilə həyata keçirilir.