Tornado answered
Su təbiətin verdiyi ən gözəl möcüzələrdən biridir. “Susuz həyat yoxdur” bu ifadəylə suyun nə qədər vacib olduğunu anlamış oluruq.
Ancaq insanın təbiətə etdiyi mənfi təsir onu yox olmağa bir az da yaxınlaşdırır. Təbiətdəki su , su dövranı vasitəsi ilə daima təmizlənir, yəni təbiət özünün cirkləndirdiyini özü təmizlmək gücünə malikdir. Əgər bu çirklənmə antropogen təsir nəticəsində baş verirsə o zaman bu məsələ həqiqətən problemə çevrilir.
Hazırda Dünya okeanı həddindən çox çirklənib, buna səbəb kənd təsərrüfatı, sənaye və məişətdəki tullantılardır. Son illərdə dəniz və körfəzlərdə neft hasilatının artması, daşınması, radioaktiv elementlərin qalıqlarının konteynerlərlə okeanın dibinə atılması Dünya okeanının daha çox çirklənməsinə səbəb olur.