Dünya okeanında yaşayan bütün canlılar 3 qrupa ayrılır: planktonlar, nektonlar, bentoslar.
Planktonlar təkhüceyrəli orqanizmlər olub hərəkətləri tam suyun hərəkətindən asılıdır. Onların ölçüləri çox kiçik olduğundan ancaq mikroskop altında görmək olur.
Planktonlar bitki və heyvan mənşəli olmaqla iki qrupa ayrılırlar. Ölçülərinin çox kiçik olmasına baxmayaraq suda yaşayan canlıların əsas qidasını təşkil edirlər. Dünya oksigen balansının tənzimlənməsində mühüm rol oynayırlar.
Nektonlar sərbəst üzmə qabiliyyətinə malik olan canlılara deyirlər. Bunlara dünya okeanının hər yerində rast gəlmək mümkündür. Balıqlar, balinalar və s.
Bentoslar okeanın və ya digər su hövzələrinin dibində sürünərək hərəkət edən canlılara deyirlər. Dəniz bitkiləri, yosunlar, molyuskalar, qurdlar, zəli, dəniz ulduzları və s. misal göstərmək olar.