Dumtinxu gölü hansı ölkədədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Çinin Xunan əyalətinin şimal şərqində yerləşən sahəsi böyük olan dayaz göldür.

Yantszı çayı hövzəsində olan bu gölün sahəsi daşqınlardan asılı olaraq dəyişir.

Xuybey və Xunan əyalətlərinin adı gölün adı ilə əlaqəli olub, Huybey - ”Gölün şimalı “ və Hunan “gölün cənubu“ deməkdir.

Duntinxu gölü böyüklüyünə görə Çinin ikinci ən böyük gölü sayılır. Gölün ətrafında olan çox sayda kağız fabrikləri onun həddindən çox çirklənməsinə səbəb olmuşdur. Göldə yaşayan və dünyanın nadir heyvanları sayılan tüksüz dəniz donuzu və çay delfinlərinin sayı kəskin azalmaqdadır. Çin hökuməti gölün bərpası üçün xüsusi tədbirlər həyata keçirir.

0 points