Tornado answered
Almaniya Federativ Respublikasının Saksoniya əyalətinin inzibati mərkəzidir. Tarixi araşdırmalar şəhərin daş dövrün dən qalmasını iddia etsə də şəhərin yaşı 1206-cı ildən hesablanır. Şəhər Avropa nəqliyyat şəbəkəsinin mərkəzi sayılır. Şəhər Almaniyanın sənaye, nəqliyyat, mədəni mərkəzlərindən sayılır.
Drezdenin Altştat(qədim şəhər) adlanan hissəsi Elba çayının sol sahilində yerləşir. Burada yerləşən tarixi abidələr YUNESKO tərəfindən qorunur. İqlimi mülayim dənizdən mülayim kontinentala keçiddir. İqtisadiyyatında əsas yeri yüksək texnalogiyalı məhsullar istehsalı tutur. Bunlardan optik və tibbi ləvazimatlar, kompyuterlər, musiqi alətləri və sairəni göstərmək olar.