Tornado answered
Latın Amerikasının Vest-Hind ölkələri və ya Mərkəzi Amerika subregionuna daxil olan ölkə olub, Hispanyola adasında yerləşir. Ölkə Avropalıların Amerika qitəsində ilk məskunlaşdığı yerdir. Xristafor Kolumb İlk dəfə adaya ayaq basdıqda buranın gözəlliyinə vurularaq “Bura insan gözünün görə biləcəyi ən gözəl yerdir” deyə İspan kralına yazmışdı.
Karib hövzəsinin ikinci böyük dövlətidir. Ən yaxın qonşusu Haitidir. Adanın çox hissəsi Dominikan Respublikasının, az hissəsi isə Haitinin payına düşür. Turizm ölkənin əsas iqtisadiyyat sahəsidir. Burada turistləri cəlb edə biləcək hər nə desən var.