Bədənin şəkər sintezi zamanı ortaya çıxan pozğunluğun səbəb olduğu bir xəstəlikdir. Pankreas (mədə altı vəz) qandakı şəkər miqdarına nəzarət edir və adına insulin deyilən bir ferment sintez edir. Pankreas bu vəzifəni yerinə yetirməzsə qandakı artıq şəkər qaraciyərdə yığılır. Şəkər xəstəliyi bədənimizində insulinin heç sintez olunmamasına, bədənin ehtiyacından daha az sintez olunmasına və ya sintez olunan insulinin kifayət qədər təsir göstərməməsinə bağlı olaraq ortaya çıxır. İnsulin pankreas deyilən mədənin arxa hissəsində yerləşən orqandan qan dövranına verilir. Normalda bədənə yeməklə aldığımız qidalar parçalanaraq bədənin başlıca yanacağı olan şəkərə çevrilir və qan dövranına keçərək qanda şəkəri yüksəldir. Qanda şəkərin yüksəlməsidə insulin ifrazını artır.