Disko adası haradadır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Danimarkaya aid olan Disko adası Qrenlandiyanın qərbində Baffin dənizində yerləşir. Adanın sahəsi 85785 km²-dır. Beş hissəsi buzlaqlarla örtülüdür. Adanın cənubunda Kekettarsuak limanı yerləşir. Adanı ilk dəfə 982-985-ci illərdə norveçli Kürən Erik kəşf etmişdir. Adadan ovçuluq və balıq ovlamaq üçün istifadə edilirdi

Disko adasının iqlimi Qrenlandiyanın şimal və şərqinə nisbətən yumşaqdır. Yanvar ayında  orta temperatur -7 -10 dərəcə, ən aşağı olanda isə -25 -26 dərəcə olur. Yayın orta temperaturu +9 dərəcə olur.

Adada çox az əhali yaşayır və onlar balıq ovu və balıq emalı ilə məşğul olurlar.

0 points