Tornado answered
Dinozavrlar təxminən yüz əlli milyon il dünya üzərində hakimiyyət sürmüş sürünənlərdir.
Dinozavrlar iki hissəyə bölünürdülər ətyeyən və otyeyən dinozavrlar. Ətyeyən dinozavrlar əsasən iki arxa ətrafı üzərində hərəkət edir və ön ətrafları arxaya nəzərən daha qısa olurdu.
Alimlərin versiyasına görə yerə düşən böyük bir meteorit nəticəsində hava tempraturunun düşməsi dinozavrları məhv etmişdir. Bununla belə bəzi dinozavrlar məhv olmamış təkamül edərək indiki quşlara və sürünənlərə başlanğıc vermişlər.