Dinar dağları haqqında nə bilirsiniz?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Çoxlu sayda firuzə rəngli türbə və məscidləri ilə məşhur olan Multan şəhəri Pakistan İslam respublikasının Pəncab əyalətində yerləşir. Qədim Multan şəhəri 712-ci ildə ərəblər tərəfindən tutulduqdan sonra üç əsr Hindistan ərazisində islamın dayaq nöktəsi oldu. Orta əsrlər dövrü Multan üçün acınacaqlı keçmişdir. Bu dövrdə Hindistana gedən "Böyük təkər "yolu buradan başlanırdı.

Multan şəhəri əvvəl Dehli Sultanlığının və sonra Moğul İmperiyasının bir hissəsi olmuş, 1779-cu ildə əfqanlar, 1818-ci ildə sikhlər və 1849-cu ildə isə ingilislər tərəfindən işğal olunmuşdur. Multan şəhəri iki müqəddəs qəbrin ziyarət yeridir, Bahəddin Zəkəriyyə Multani (1182-1262-ci illər) və onun nəvəsi Ruknuddin Abul Fatha (1335).

Hal-hazırda şəhər Pakistanın mühüm iqtisadi və ticarət mərkəzi sayılır. Şəhər Pakistanın digər iri sənaye mərkəzləri ilə dəmiryol əlaqəsinə malikdir. İqtisadiyyatında əsas yeri kübrə istehsalı, kosmetika və toxuculuq sənayesi, kənd təsərrüfatı məhsulları istehsalı əsas yer tutur. Şəhər həm də sənətkarlıq (xalça və keramika) sənəti ilə də məşhurdur.

0 points