Diagenez çöküntünün süxurlara çevrilməsi prosessinə deyilir. Diagenez sözü "yenidən əmələgəlmə " mənasını verir. Çöküntü süxura çevrilməmişdən əvvəl bir sıra prosesslərdən keçməli olur. Müxtəlif süxur hissəcikləri və həmçinin məhluldan ayrılmış ayrı-ayrı hissəciklər bir birinə və ətraf mühitə təsir göstərir. Bu halda davamsız mineral hissəcikləri həll olur və aradan qalxırlar ki, bunun nətcəsində də yeni mineral növləri əmələ gəlir.
Əmələ gəlmiş yeni minerallar kristallaşır və suyunun itməsi və çöküntünün sementləşməsi baş verir. Qərb alimləri metomorfizləşmə prosessinin bütün mərhələlərini diagenez adlandırırlar. Rus və Azərbaycan ədəbiyyatlarında isə cğküntünün süxura çevrilməsinin ancaq ilkin mərhələsi diagonez adlanır sonrakı mərhələlər isə,katagenez və metagenez adlanır.