Devon adası nəyi ilə fərqlənir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Devon adası Kanada Arktika Arxipelaqına daxil olan ən böyük adalardan biridir. Adanı digərlərindən fərqləndirən əlamət onun əhali yaşamayan ən böyük ada olmasıdır. Ada əsasən qranit və alevrit kimi süxurlardan ibarətdir.

Səthi buzla örtülüdür. Buzun qalınlığı 880 metrə bərabərdir. Adanın sahəsi 55 247 km²-a bərabərdir və onun 12 000 km²-ni buzlaqlar təşkil edir. Çox az davam edən yayda temperatur 10 dərəcədən artıq olmur, qış uzun olur və temperatur -50 dərəcəyə qədər düşə bilir.

0 points