Tornado answered
Dəvəquşukimilər dəstəsinə aid olan uçmayan quş olub indi demək olar ki, dünyanın hər yerində saxlanılır. Tipik nümayəndələri Afrika dəvəquşusu sayılır. Afrika və yaxın Şərqin hər yerində rast gəlmək olur. Bu quşların döş tilləri olmur, ayaqları iki barmağa malikdirlər. Sürətlə qaçırlar, saatda 70 km-ə qədər məsafə gedə bilirlər.
Nandu adlanan dəvəquşu, Amerikada yaşayan dəvəquşu növüdür. Nanduların ancaq erkəkləri kürt yatırlar. Emu dəvəquşuları Avstraliyada yaşayırlar. Onlar tez-tez taxıl zəmilərinə hücum edirlər.