Deşat dağı Albaniya ilə Makedoniya arasında yerləşir. Bu dağ çətin pikləri ilə fərqlənir. Ən hündür piki Velivar piki olub, onun hündürlüyü 2375m-ə bərabərdir. Deşat dağı Korab dağından Qara Drin çayının dərəsi ilə ayrılır. Radika çayı isə Deşat dağını Bistra və Stoqovo dağından ayırır.
Deşat dağının Makedoniya ərazisinə düşən hissəsinin çoxu Mavrovo milli parkının ərazisindədir. Dağın üzəri meşə ilə örtülüdür. Meşələrdə üstünlük təşkil edən ağac növü fıstıqdır. Bundan başqa küknar, şam,tozağacı, ağcaqayın və s. ağaclar da bitir. Burada yırtıcılardan ayı, canavar, tülkü, çaqqal və s.-ə rast gəlinir. Dağın zirvəsində kar, moren kimi buzlaq relyef formalarına rast gəlinir. Sıra dağlar dərin yarğanlarla parçalanıb. Bura turistləri ən çox cəlb edən Loku gölüdür.